Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq |
Mojo.az Avto
Mojo.az Avto

Narkotikin təsiri altında motosiklet idarə edən sürücü saxlanılıb

14.10.2024 14:55 987
Narkotikin təsiri altında motosiklet idarə edən sürücü saxlanılıb
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Quba yolunun 10-cu kilometrliyində yol hərəkəti qaydalarını pozduğu və dövlət qeydiyyat nişanı olmadığı üçün "Yamaha" markalı motosikletin sürücüsünə "saxla" işarəsi verilib.

Aparılan araşdırma zamanı sürücü Məhəmməd Qasımovun motosikleti narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Əlavə olaraq onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər