Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

21.02.2025 11:37 663
Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün "Mercedes-Benz" markalı avtomobilin sürücüsünə "saxla" işarəsi verib.

Sürücü A.Nuriyev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub.

Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Son xəbərlər