Mojo.az Banner
23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |    
Left Banner
Right Banner

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü SAXLANILDI

16.12.2024 17:06 1 011
Bakıda avtoxuliqanlıq edən daha bir sürücü SAXLANILDI
Bakının Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Hyundai" markalı, 49-BG-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Şərifov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən, E.Şərifovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə olunub.

Qeyd edək ki, gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan VAZ-21074 markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner