Mojo.az Banner
Son Xəbərlər
21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir manatlıq dönərin mənşəyi haradan gəlir? - VİDEO

20.12.2019 14:07 2 045
Bir manatlıq dönərin mənşəyi haradan gəlir? - VİDEO
İllərdir toyuq dönərinin ziyanlarından danışılsa da, zəhərlənmə faktları olsa da, nədənsə hələ də bu qidaya maraq azalmır. Əsasən, universitetlərin yanında fəaliyyət göstərən dönərxanaların müştəriləri isə daha çox tələbələrdir.

Mələsə ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

“Toyuq dönəri xoşladığım üçün onu alıram”, - tələbələrdən biri deyib.

Ekspertlərin sözlərinə görə, istehlakçılar dönər alarkən, diqqətli olmalıdır.

“İstehlakçı isitfadə olunan toyuq dönəridirsə, toyuq ətidirsə, ətin mənşəyi sertifikatını tələb etməlidir”, - qida mühəndisi İsa Əliyev qeyd edib.

Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, dönərdə istifadə olunan toyuğu haradan və nə vaxt aldıqlarını göstərən sənəd də yoxdur.

“Hazırda satılan toyuğun istifadə tarixi ilə bağlı sənəd gəlib, amma axşam növbəsində olan işçi harasa qoyub, yerini bilmirəm”, - satıcılardan biri bildirib.

Xatırladaq ki, bü günlərdə Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi isə vətəndaşlara mənşəyi məlum olmayan yerlərdən dönər almamağı tövsiyyə edir. Əgər istehlakçıların hər hansı şübhələri olarsa, bu barədə Agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.


скачать dle 11.3

Son xəbərlər