Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alırlar

19.09.2019 14:19 1 449
Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alırlar
Yol kənarlarında, insan axınının çox olduğu yerlərdə dönərxanaların sayı hər ötən il daha da artır. Maraqlıdır ki, mal ətininin, toyuğun və müxtəlif ərzaqların qiyməti hər il artsa da, dönərin qiyməti dəyişmir - 1 manat. Bu isə bəzi alıcılarda müəyyən suallar yaradır. Yediyimiz ət nə ətidir ki, belə ucuzdur və dəyişmir?!

Median.Az
bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Ətin kiloqramının 10-12 manat olduğu bu günlərdə paytaxtda 1 manata dönər satılır. Bəzi dönərxalarında isə hətta 1 manata dönərlə yanaşı, ayran da təklif olunur. Bu qiymətləri müqayisə edənlərdə isə şübhə yaranır. Görəsən, belə dönəri satanlar nə qazanc əldə edirlər ki, işlərinə davam edə bilirlər. Yoxsa onların satdığı ət heç də təmiz ət deyil?

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri: "Ölkədə leş yığanlar mafiyası var. Leş gətirilir, paytaxta, başqa yerlərə. Bu cür ətlər bir çox yerlərlə bərabər, dönərxanalara gedir. Leş yığanlar ətin 1 kiloqramını 50 qəpiyə, 1 manata alırlar.

Əkbər Əliyev: AQTA-nın regional bölməsinin rəisi: "Vətəndaşlar bu cür müəssisələrə müraciət edərkən, ilk növbədə, ətin mənşəyini təsdiq edən sertifikatı tələb etmə hüquqları var. Əgər bu sənəd yoxdursa, deməli, artıq ətin mənşəyi məlum deyil. Vətəndaşlar bu cür ictimai iaşə müəssisələrindən məhsul almamalı və bu barədə agentliyə məlumat vermələri daha uyğun olardı".

Xatırladaq ki, bu günlərdə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilib. Bu cür yararsız ət məhsullarının dönərxanalara, şadlıq evlərinə və müəyyən kafelərə paylanması şübhələri var.

Son xəbərlər