Mojo.az Banner
Son Xəbərlər
13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

"AQTA-nın yoxlamalarında böyük nöqsanlar var" - Eyyub Hüseynov

05.03.2025 22:05 600
"Azərbaycanda yemək üçün yararlı olmayan ətlərin satışına qadağa qoyulmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıda dönər və toyuq əti emalı müəssisəsində at ətinin aşkarlanmasına münasibət bildirərkən deyib.

Sədr belə nöqsanların üzə çıxarılması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə təşəkkür etsə də, bəzi nöqsanların olduğunu da bildirdi:

"Əvvəla, çox sağ olsun ki, bunu müəyyən edib üzə çıxarıb. Lakin AQTA-nın yoxlamalarında böyük nöqsanlar var. Məsələn, onlar hər hansı bir müəssisəyə yoxlamağa gedərkən bunu onlara qabaqcadan bildirməyə məcburdurlar. Bunun üçün Ədliyyə Nazirliyinə məlumat verirlər, onlar da qarşı tərəfə bildiriş verir və s. Qida sahəsində aparılan yoxlamalarda bu bürokratik prosedur aradan götürülməlidir".



Eyyub Hüseynov sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşıdırılması siyasətini məqsəduyğun sayır:

"Lakin qida məsələsində yoxlama cəld olmalıdır. Bu məsələdə AQTA-ya müstəsna hüquq verilməlidir ki, müəssisələrdə yoxlamaları xəbardarlıq etmədən apara bilsinlər. Hələ xəbərdarlıqdan sonra belə nəticə aşkarlanıb. Görün xəbərarlıq etməsəydilər, nəticə necə olardı. AQTA-nın əsasnaməsində təcili dəyişiklik olmalıdır".

Sədrin sözlərinə görə, ölkədə heç bir ətin satışına qadağa yoxdur:

"At, eşşək, it ətinin satışda icazəsi var, qanunvericiliklə heç bir qadağa yoxdur. Sadəcə dövlət orqanları tələb edir ki, ət satışında istehlakçının məlumat almaq hüququ təmin olunsun. Üstünə satılan ətin mənşəyi yazılsın. Biz dəfələrlə demişik, Qida Təhlükəsizliyi Agentliyi, Nazirlər Kabineti Azərbaycanda ənənəvi olmayan, yeyilməyən heyvan ətlərinin siyahısını hazırlamalı və onun satışı qadağan edilməlidir. Azad İstehlakçılar Birliyinin ofisində bir kitab var. 1963-cü ildə dərc olunub. Həmin kitabda SSRİ-in tabeliyində olan 15 respublikaları arasında tək Azərbaycanda eşşək əti yeməli hesab edilib, onun növləri, qiymətləri yazılıb. Sonradan öyrəndik ki, bu kitabçanı ermənilər hazırlayıb. O vaxt ermənilər bizim xalqı vəhşi eşşək əti yeyən kimi bütün dünyaya təqdim edib. Belə çıxır ki, indi də bu işlə məşğul olanlar ermənilərin dəyirmanına su tökənlərdir. Və belə davam edir".

Qeyd edək ki, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində at ətindən dönər hazırlandığı aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumatna görə, yoxlamada mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub. "AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib.

Son xəbərlər