Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Kürdəmirin məşhur restoranında nöqsanlar aşkarlanıb

30.11.2023 19:17 1 440
Kürdəmirin məşhur restoranında nöqsanlar aşkarlanıb
Kürdəmir rayonunun Karrar kəndində fiziki şəxs Qəniyev Sadiq Seyyat oğluna məxsus “Bığ” restoranında Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları tərəfindən təkrar yoxlama aparılıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı qida obyektində ilkin yoxlamada aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı məlum olub.

İctimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, restoranın sanitar-texniki və sanitar-gigiyenik vəziyyətlə bağlı nöqsanlar aradan qaldırılmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Belə ki, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, süd və süd məhsullarının minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, həmçinin aşkar edilmiş nöqsanların qısa zaman ərzində aradan qaldırılması barədə icrası zəruri göstərişlər verilib və qida obyektinin fəaliyyəti nəzarətə götürülüb.скачать dle 11.3
Mojo.az Banner