Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Kibermütəxəssislər ilin ən qorxulu tendensiyasını açıqladılar

29.11.2019 13:31 2 761
Kibermütəxəssislər ilin ən qorxulu tendensiyasını açıqladılar
Kiberhücumların qarşısının alınmasında ixtisaslaşan Beynəlxalq “Group-IB” şirkəti açıq hərbi əməliyyatlarda kiber silahdan istifadəni 2019-cu ilin ən qorxulu tendensiyası olaraq tanıyıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə şirkətin Sinqapurdakı “CyberCrimeCon” kibertəhlükəsizlik konfransında təqdim etdiyi hesabatında deyilir.

“2017 “WannaCry”, “NotPetya” və “BadRabbit” kriptoqrafik viruslarının epidemiyası ili seçilmişdi, 2018-ci ildə “side-channel”in mikroprosessorlarda zəifliklərlə əlaqəli təhdidlərə zəif hazırlığı aşkarlandı. Lakin 2019 açıq hərbi kiberəməliyyatlar ili oldu”, - deyə “Qrup-İB”nin texniki direktoru Dmitri Volkov bəyan etdi.

O, dövlətlərarası qarşıdurmaların yeni forma aldığını və kiberfəaliyyətin bu qarşıdurmada aparıcı rol oynamağa başladığını vurğulayıb.

Dünyanın ən təhlükəli hakerləri Rusiyada qeydə alınıb. Onlar milyardlar oğurlayırlar və onları dayandırmaq mümkün deyil.

Bunun yanında belə hakerlərin fəaliyyəti illərlə görünməz qala bilər, onların çox az qismi ictimaiyyətdə məlum olur.

Kiber silahların siyasi məqsədlər üçün istifadəsinə nümunə olaraq, Volkov Venesueladakı “blekakaut”u göstərib.

“Group-IB”yə görə, kiberməkanda manipulyasiyalar, məsələn, müxtəlif ölkələrdə internetin kəsilməsi sosial və iqtisadi ziyana, habelə dövlətlərdə vəziyyəti gərginləşdirməyə səbəb ola bilər.

2018-ci ilin ikinci yarısı və 2019-cu ilin birinci yarısının müşahidəsi zamanı mütəxəssislər dövlətə sponsorluq edən çoxsaylı əvvəllər adı məlum olmayan qruplar aşkar ediblər. “Group-IB”, yeddisi casusluq məqsədi daşıyan 38 haker qrupunun fəaliyyətinə diqqət çəkib. Belə qruplardan biri olan “RedCurl” sığorta, konsaltinq və tikinti şirkətlərinə hücum edir. Hücumlar üçün qanuni servislərdən istifadə edir ki, bu da şirkətin infrastrukturunda onun aşkarlanmasını çətinləşdirir.

Son xəbərlər