Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Vaqner” bu ölkədən çıxdığını bəyan etdi

07.06.2025 19:49 654
“Vaqner” bu ölkədən çıxdığını bəyan etdi
Rusiyada yaradılan və bir çox ölkələrdə fəaliyyət göstərən “Vaqner” hərbi şirkəti Malidən çıxdığını bəyan edib.

Bu barədə “Vaqner” rəsmi bəyanat yayıb.

Bildirilib ki, hərbi qruplaşma 3 ildir Malidə həyata keçirdiyi əməliyyatı uğurla başa çatdırıb və bu ölkədəki üsyançı qüvvələr və onların hərbi rəhbərləri zərərsizləşdirilib.

Açıqlamada Malidəki hərbi əməliyyatlara “Vaqner” hərbi şirkətinin formalaşdırdığı “Africa Corps” qrupunun nəzarət edəcəyi vurğulanıb.

Qeyd edək ki, 2013-cü ildə Malidə başlayan üsyanlardan sonra Fransa bu ölkəyə hərbi qüvvə göndərmişdi. Lakin 2022-ci ildə Fransanın oranı tərk etməsi ilə Rusiyanın nəzarətində olan hərbi şirkət Malidəki vəziyyəti nəzarətə götürmüş və ölkənin hərbi rəhbərliyi ilə birgə fəaliyyətə başlamışdı.скачать dle 11.3
Mojo.az Banner