Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Mali Ukrayna ilə diplomatik əlaqələri kəsdi

05.08.2024 13:10 1 413
Mali Ukrayna ilə diplomatik əlaqələri kəsdi
Mali hakimiyyəti Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini açıqlayıb.

Median.Az
"BBC News"a istinadən xəbər verir ki, bu barədə Mali hökumətinin sözçüsü Abdulaye Mayqa açıqlama ilə çıxış edib.

O, qərarın Ukrayna tərəfinin iyulun sonunda Mali hökumət qoşunlarının və onların tərəfində döyüşən "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) kolonnasına hücum edən Tuareq qəbiləsindən olan üsyançılara dəstəyi ilə əlaqədar qəbul edildiyini açıqlayıb.

Xatırladaq ki, iyulun sonunda Malinin şimalında gedən döyüşlər zamanı "Vaqner" ÖHŞ-nin 84 əsgəri və Mali hökumətinin 47 əsgəri həlak olub.

Son xəbərlər