Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan şirkəti ərəblərdən 50 TİR dondurma sifarişi alıb

02.02.2019 19:28 2 677
Azərbaycan şirkəti ərəblərdən 50 TİR dondurma sifarişi alıb
"AER” ticarət nişanı altında məhsulların istehsalı ilə məşğul olan Azərbaycanın "AER Company Group” şirkəti İraqa növbəti dondurma ixracını həyata keçirir.

Şirkətin rəhbəri Adil Şərifov bildirib ki, bu gün bir yük avtomobilində (TİR) təxminən 15 ton dondurma İraqa yola salınır.

İraqda mövsum açılıb, havaların qızması ilə əlaqədar olaraq dondurmaya tələb atıb.

Adil Şərifov qeyd edib ki, ilkin olaraq İraqdan 50 TİR dondurma sifarişi alınıb: "2018-ci ildə "AER Company Group” şirkəti İraqa 17 TİR-da dəyəri 500 min dollar olan təxminən 350 ton dondurma ixrac edib. 2019-cu il üçün ilkin müqavilə 50 TİR-dır. Bu müqaviləyə əsasən təxminən 750 ton dondurmanın ixrac olunacağı gözlənilir”.

Şirkətin rəhbəri vurğuladı ki, "AER Company Group” şirkəti satışını xarici bazarlarda qurmağı hədəfləyir: "AER Company Group” şirkəti məhsullarını yerli bazar əvəzinə, xarici bazarlara satmaqda daha maraqlıdır”.

Adil Şərifov əlavə etdi ki, 2019-cu ildə İraqa digər süd məhsullarının – pendir və ayranın da ixracı nəzərdə tutulur.

"AER Company Group” ötən illər Gürcüstana məhsullarını ixrac edib. 2019-cu ildə Qazaxıstana da ixracının başlayacağı gözlənilir. (marja.az)

Son xəbərlər