Mojo.az Banner
14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan domenində 68 veb-sayta haker müdaxiləsi qeydə alınıb

10.07.2020 15:16 1 628
Azərbaycan domenində 68 veb-sayta haker müdaxiləsi qeydə alınıb
Bu ilin birinci yarısında ".az" ölkə kodlu informasiya resurslarına qarşı çox saylı kiber hücumlar nəticəsində 68 veb resursa haker müdaxiləsi halının uğurla reallaşdırıldığı aşkarlanıb.

Bu barədə CYBERO Kibertəhlükəsizlik Mərkəzindən bildirilib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hücumlar 28% artıb.

Hücum olunan veb resursların analizi göstərir ki, onların 37-si informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 31-i isə serverlərdə təhlükəsizliyin düzgün qurulmaması nəticəsində hakerlərin hədəfinə çevrilib. Bu veb resursların 12-sinə daha öncə də haker müdaxiləsi halının aşkar edilməsinə baxmayaraq, çatışmazlıqlarını aradan qaldırmaq üçün lazımi tədbirlərin görülməməsi onları yenidən təkrar olaraq haker müdaxiləsi ilə qarşı-qarşıya qoyub.

Server sazlamalarının düzgün qurulmaması nəticəsində baş verən hücumların 77% "Linux" ƏS, 23% isə "Windows" ƏS üzərində qurulan resurslar olub.

Hücum həyata keçirilən informasiya resurslarının ölkələr üzrə yerləşmə (Hosting) payı isə belədir: ABŞ – 37%, Azərbaycan – 15%, Türkiyə – 12%, Rusiya – 10%, Niderland və Litva – 9%, Almaniya – 6%, Fransa – 3%.

COVID-19 pandemiyası dövründə bir çox işçilərin qorunan (şirkət və s.) şəbəkələrdən deyil, evlərdən çalışması hakerləri qoruması zəif olan ev şəbəkələrinə və fərdi kompüterlərə hücumlarda daha da şirnikləşdirib. İnsanları hədəf alan belə kiberhücumlarda ən çox fişinq hücumlarından istifadə olunur. Belə kiberhücumlar isə rəsmi resurslara bənzədilmiş saxta domenlər ilə daha da inandırıcı hala gətirilərək saxta reklam kampaniyaları vasitəsilə kütləviləşdirilib.скачать dle 11.3
Mojo.az Banner