Mojo.az Banner
17:20 Azərbaycanda "Yol hərəkəti haqqında" qanun dəyişdi  |     17:12 Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI  |     17:12 Paşinyan Moskvaya dəvət olundu  |     17:05 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar  |     17:00 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər  |     16:51 Bolşeviklərin adları küçələrdən götürülsün - Deputatdan TƏKLİF  |     16:48 Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ  |     16:36 Bakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - Video  |     16:33 Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur?  |     16:30 Taleh Kazımovdan Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMA  |     16:20 33 il əvvəl Bakıda adam öldürən şəxs Almaniyadan ekstradisiya edilir  |     16:14 Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:12 Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı qərar verdi  |     15:53 Azərbaycan Pakistana humanitar yardım göstərib  |     15:49 Mingəçevirdə dava: 60 yaşlı kişinin BAŞI KƏRPİCLƏ YARILDI  |     15:48 Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO  |     15:42 Tehranda ticarət mərkəzindəki yanğında 11 nəfər ölüb  |     15:40 Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR  |     15:39 Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI  |     15:03 Bakıda həbsxanada cinayət: Məhkum kamera yoldaşını öldürdü  |    
Left Banner
Right Banner

Avstraliyalı deputatlar şifrələrini dəyişməyə məcbur edilir

08.02.2019 14:09 1 584
Avstraliyalı deputatlar şifrələrini dəyişməyə məcbur edilir
Avstraliya parlamentinin bütün deputatları qanunverici orqanın kompüter şəbəkəsinə edilən irimiqyaslı kiberhücumdan sonra şifrələrini dəyişməyə məcbur qalıb.

Bu barədə “ABC News” məlumat yayıb.

Hələlik parlamentin daxili şəbəkəsindən hər hansı informasiya və ya elektron sənədlərin oğurlanıb-oğurlanmadığı müəyyən edilməyib.

“ Hələlik kiberhücumlar parlament, elektoral (səsvermə) və ya siyasi proseslərin gedişinə təsir etmək cəhdinin olduğuna dair heç bir sübut yoxdur”, - deyə parlamentin hər iki palatasının birgə bəyanatlarında deyilir.

Haker müdaxiləsi kibercinayətkarların sistemə müdaxiləsinin ilkin mərhələlərində aşkarlanıb. Əsas şübhələrin çinli hakerlərə yönəldiyi bildirilir.

Avstraliya baş naziri Skott Morrison hökumət idarələri və qurumlarının haker hücumuna məruz qalmadığını açıqlayıb.скачать dle 11.3
Mojo.az Banner