Mojo.az Banner
20:38 Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah  |     20:30 Sakinlərlə obyekt sahibi arasında qalmaqal: "Mən icazə vermirəm ağlamağa!" (Video)  |     20:25 Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü  |     20:18 Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb  |     20:04 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?  |     19:48 Qusarda çətənə kolları yetişdirən şəxs tutuldu  |     19:36 Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi  |     19:35 Slovakiya prezidentinin Azərbaycana səfəri başa çatıb  |     19:21 Taksi sürücüsünü öldürdülər, meyitini borunun içərisində gizlətdilər - 30 il öncəki qətlin TƏFƏRRÜATI  |     19:12 Deputatın adından DƏLƏDUZLUQ  |     19:07 "Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - QƏRAR  |     18:56 Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı  |     18:18 Ukrayna "Maşa və Ayı" cizgi filminin "Netflix"də qadağan edilməsini istəyir  |     18:13 Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?  |     17:53 Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun qurbanı oldu  |     17:52 Ceyhun Bayramov Moskvaya gedir  |     17:48 Samuxda kütləvi zəhərlənmə  |     17:45 ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq  |     17:06 Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı  |     16:57 İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Azərbaycanlı diplomatdan “Fair Observer”a cavab: “Azərbaycan ərazilərini işğal edən Ermənistan olub”

01.12.2023 19:29 2 142
Azərbaycanlı diplomatdan “Fair Observer”a cavab: “Azərbaycan ərazilərini işğal edən Ermənistan olub”
ABŞ-nin “Fair Observer” media təşkilatının saytında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanovun Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş məqaləsi dərc olunub:

Caliber.az xəbər verir ki, oktyabrın 20-də “Fair Observer” müəlliflərindən birinin dərc etdiyi məqaləyə cavab xarakteri daşıyır. Həmin məqalədə Azərbaycan “etnik təmizləmə”də və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda ittiham olunub. Yazıda hansı prinsiplərin pozulduğu izah edilməyib. Eyni zamanda, müəllif əsassız arqumentlər arxasında gizlənərək Ermənistan tərəfinin qanun pozuntularını ört-basdır etməyə çalışıb.

R.Qurbanov isə cavab məqaləsində qeyd edib ki, Azərbaycanın “etnik təmizləmə” həyata keçirdiyinə dair iddialar regionda onilliklərlə davam edən münaqişə təcrübəsinə ziddir. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal edən Ermənistan olub. Bu işğal bir milyon azərbaycanlının məcburi köçkünə çevrilməsilə nəticələnib.

Təəssüf ki, üç onillik ərzində Ermənistan beynəlxalq hüquqa məhəl qoymayıb. Eyni zamanda, o, status-kvonu saxlamaq üçün danışıqlarda iştirak edib.

Baş konsul vurğulayıb ki, monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir. Bakı dəfələrlə bəyan edib ki, Qarabağ bölgəsində yaşayan etnik ermənilər bu multikultural modelin bir hissəsinə çevrilə bilərlər. Ona görə də Azərbaycanın “etnik təmizləmə” aparması ilə bağlı ittihamlar əsassızdır.

Məqalədə bildirilib ki, Bakı İrəvanla münasibətlərin normallaşdırılmasına sadiqdir. Azərbaycan Ermənistanı sülh prosesində konstruktiv mövqe nümayiş etdirməyə və Cənubi Qafqazdakı reallıqları düzgün dərk etməyə çağırır. İrəvan nəhayət etiraf etməlidir ki, regionda sülh və əməkdaşlığa alternativ yoxdur.скачать dle 11.3
Mojo.az Banner