Kolumbiya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |    

Kolumbiya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Kolumbiya Respublikasındakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti İvan Dukeyə təqdim edib.

"Report" xəbər verir ki, Videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident İvan Dukeyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Kolumbiya prezidenti də öz növbəsində onun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Azərbaycan rəhbərliyi tərəfindən qarşısında qoyulan başlıca vəzifənin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirən M.Talıbov, Azərbaycanla Kolumbiya arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu, hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra bu münasibətlərin daha da möhkəmləndiyini qeyd edib.

Azərbaycanla Kolumbiya arasında istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq mövcud olduğunu deyən səfir, ölkəmizin Kolumbiya ilə iqtisadi-ticari, mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində də əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Kolumbiya Prezidenti İvan Duke M.Talıbovu Azərbaycanın Kolumbiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və ölkəsinin də Azərbaycanla hər sahədə, xüsusilə də iqtisadi-ticari və sərmayə qoyuluşu istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Sonda Prezident İ.Duke iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki gələcək fəaliyyətində səfirə uğurlar arzu edib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            612 06.07.21 21:40