Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Alyaskada buzlaqlar əridi, yeni bir ada üzə çıxdı  |     22:56 Öldürülən motosikletçinin valideynləri azərbaycanlı ailədən 100 milyon rubl istəyir  |     22:50 Atlantik okeanının altında nəhəng içməli su mənbəyi tapıldı  |     22:42 Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur  |     22:37 BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq  |     22:29 "Zəngəzur" mahnısı təqdim edildi (VİDEO)  |     22:24 İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş  |     22:15 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     22:09 Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...  |     22:01 Xaricdən gətirilən balıqlar yerli məhsullardan niyə ucuz satılır?  |     21:50 Azərbaycan paralimpiyaçısı xal ehtiyatında 12-ci pilləyə yüksəlib  |     21:43 Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub  |     21:29 Yaddaşa mənfi təsir göstərən qidalar  |     21:23 Ağdamda maşın aşdı, yeniyetmə öldü  |     21:15 Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO  |     21:09 “Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu  |     20:50 Nepalda müvəqqəti hökumətin başçısı məlum oldu  |     20:42 Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? - Ekspert  |     20:33 Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti DAYANDIRILIR  |     20:26 Bəybala Xankişiyevə "stop" qoyuldu  |    

Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı

Fransa Çadın Abeşe bazasından öz qoşunlarının çıxarılmasını başa çatdırıb. Dünən bazadan ağır texnika, bu gün isə hərbçilər çıxarılıb.

Median.Az
bu barədə "tchadinfo" portalına istinadən xəbər verir.

Məlumata görə, baza Çad Silahlı Qüvvələrinin sərəncamına keçib.

29 noyabr 2024-cü ildə Çad Fransa ilə müdafiə sazişinin ləğv edildiyini elan edib və dekabrın 20-də bütün hərbçilərin 31 yanvar 2025-ci ilədək ölkə ərazisindən çıxarılmasını tələb edib. Əvvəlcə Çadı fransız qırıcıları, sonra isə 1960-cı ildə müstəqillik əldə etdiyi vaxtdan bu ölkədə daimi olaraq yerləşdirilmiş kontingentdən ilk 120 hərbçi tərk edib. Son vaxtlar Çadda paytaxt Ncamenada, Faya-Larjoda və Abeşedə yerləşən üç bazada təxminən 1 000 franslı hərbçi qalmışdı.

Çad hakimiyyətini, eləcə də fransız hərbçilərinin çıxarılmasını tələb edən Qərbi Afrikanın digər keçmiş müstəmləkələri Mali və Nigeri Parisin təhlükəsizliyi təmin etməkdən daha çox regionda öz mövqelərini qorumağa çalışması qane etmirdi.

Çadın Baş naziri Allamay Halinanın sözlərinə görə, Ncamenanın Fransa ilə hərbi əməkdaşlığa son qoymaq qərarı "cəsarətli və vətənpərvər" qərardır və Çad xalqı bunu çoxdan gözləyirdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 038 11.01.25 19:37