Mojo.az — elanlar
Son Xəbərlər
12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur

12.09.2025 22:42 585
Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur
Almaniya federal polisi uzunmüddətli istintaq nəticəsində Vuppertal şəhərində 40 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.

Musavat.com xəbər verir ki, o, insan qaçaqçılığı ilə məşğul olan təşkilatlanmış cinayət qrupuna rəhbərlik edirdi və ən azı 87 miqrantı ölkəyə qanunsuz gətirib.

Alman mediasının məlumatına görə, şəbəkənin izi Çex polisi tərəfindən verilmiş məlumat sayəsində tapılıb. 2024-cü ilin yayında Çexiyanın Almaniya sərhədində, Saksoniya ərazisində, karavanda 10-dan çox qanunsuz miqrant saxlanılıb. Araşdırma göstərib ki, bu yolla Almaniyaya ən azı altı səyahət həyata keçirilib. Federal polis şəbəkənin gətirdiyi 87 miqrantın şəxsiyyətini müəyyən edib.

Karavanın sürücüsü dərhal həbs edilsə də, şəbəkənin başçısının kimliyi aylarla müəyyənləşdirilməyib. Polis onun Azərbaycan vətəndaşı olduğunu və Almaniyada karavan icarəyə götürdüyünü aşkar edib.

Çərşənbə günü insan qaçaqçısı hakim qarşısına çıxıb. Tezliklə ona, insan həyatı üçün təhlükəli şəraitdə və kommersiya məqsədilə qaçaqçılıq etməkdə ittiham irəli sürüləcək.

Son xəbərlər