Mojo.az Banner
SON DƏQİQƏ
17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniyada azərbaycanlı mühacir “müxalifətçi”yə aid restoran və mənzillərdə axtarışlar aparılıb

14.11.2019 22:07 1 456
Almaniyada azərbaycanlı mühacir “müxalifətçi”yə aid restoran və mənzillərdə axtarışlar aparılıb
Almaniya polisi “Mühacir alveri”nə görə həbs edilən Azərbaycan vətəndaşına məxsus restoran və evlərdə axtarışlar aparıb.

“Report”un məlumatına görə, növbəti yoxlama uzun illərdir Almaniyada mühacir həyatı yaşayan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərova məxsus Koblenz şəhərində yerləşən restoranda baş tutub. Federal kriminal polis iaşə müəssisəsinin kassasındakı istintaq üçün zəruri olan sənədləri aktlaşdıraraq götürüb.

Eyni zamanda E.Əkbərova məxsus Reynland-Pfalts əyalətində yerləşən mənzillərdə də axtarış aparılıb. Nəticədə Azərbaycanın hüquq-mühafizə orqanlarına aid saxta möhür, ştamp, əvvəlcədən hazırlanmış saxta arayış formaları və nağd pul istintaq üçün yararlı hesab edilərək müsadirə edilib.

Qeyd edək ki, Koblenz Federal İdarə Məhkəməsi E.Əkbərovun şübhəli şəxs qismində istintaqa cəlb edilməsi üçün barəsində 6 aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, ötən gün Almaniya federal kriminal polisi mühacir alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat keçirib. Ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edilib. Nəticədə mütəşəkkil cinayətkar dəstənin üzvlərindən 7-si saxlanılıb.скачать dle 11.3

Son xəbərlər