Mojo.az Banner
SON DƏQİQƏ
14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaddaşa mənfi təsir göstərən qidalar

12.09.2025 21:29 546
Yaddaşa mənfi təsir göstərən qidalar
Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan alimlər xəbərdarlıq ediblər ki, doymuş yağlarla zəngin zərərli qidaların yaddaş və öyrənmə qabiliyyətinə zərər verməsi mümkündür. ABŞ-ın Çapel-Hill Şimali Karolina Universitetinin apardığı araşdırmaya görə, cəmi bir neçə gün bu cür qidalarla qidalanmaq beynin yaddaşa cavabdeh hissəsi olan hipokampı poza bilər.

"Unikal" “The İndependent” nəşrinə istinadla xəbər verir ki, tədqiqat zamanı siçanlar üzərində aparılan təcrübələr göstərib ki, zərərli qida beyindəki hüceyrələri həddindən artıq aktivləşdirir. Bu hiperaktivlik daha əvvəl demans və Alsheymer kimi xəstəliklərlə əlaqələndirilib. Səbəb isə beynin əsas enerji mənbəyi olan qlükozanı istifadə edə bilməməsidir. Tədqiqatçılar bu problemdə “PKM2” adlı zülalın da rol oynadığını aşkarlayıblar.

Farmakologiya professoru Juan Song bildirib ki, hüceyrələrin çox qısa müddətdə fəaliyyətini dəyişməsi və bunun yaddaşa mənfi təsir göstərməsi onları təəccübləndirib.

Araşdırma, həmçinin göstərib ki, ultra emal olunmuş qidalar, məsələn, çizburger, kartof qızartması və s. təkcə yaddaşa yox, ümumi sağlamlığa da ciddi ziyan vura bilər. Bu cür qidalar ürək xəstəlikləri, insult, xərçəng və reproduktiv problemlərlə də əlaqələndirilir.

Bununla yanaşı, alimlər müəyyən pəhriz dəyişikliklərinin, o cümlədən aralıq orucun beyin hüceyrələrinin fəaliyyətini normallaşdıra biləcəyini müəyyən ediblər. Bu üsulun insanlar üçün də faydalı olub-olmadığını araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac var.

Alimlər hesab edirlər ki, bu cür yanaşmalar gələcəkdə demans və Alsheymer xəstəliyinin qarşısının alınmasına kömək edə bilər.скачать dle 11.3

Son xəbərlər