Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? - Ekspert

12.09.2025 20:42 510
Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? - Ekspert
"İstər rayonda, istərsə də Bakıda qar yağıb, sürətli külək əsəndə biz orta məktəblərdən birinin damının uçduğunun şahidi oluruq. Bu reallıqdır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibətindən danışarkən deyib.

Ekspert bunun böyük rəqəm olduğunu xatırladıb:

"Reallıq budur, 400-dən yuxarı məktəb qəza vəziyyətindədir. Bu gün təhsilin problemləri olduqca çoxdur. Onlardan danışmağa həmişə hazıram. 400 böyük rəqəmdir. İnanırıq ki, 4 ildən sonra bu rəqəm xeyli azalacaq. Demirəm ki, tam itəcək, çünki böyük rəqəmdir, söhbət 4 deyil, 400 məktəbdən gedir".

Elmin Nuri bildirib ki, bir qəzalı məktəbin təmiri aylarla vaxt aparır:

"Büdcə planlanması, bunların hamısı layihənin tərkib hissəsidir. Bu prosesdə həm də tənzimləmə aparılır. Məsələn, həddindən artıq ağır qəzalı vəziyyətdə olan məktəblərin siyahısı nisbətən yüngül qəzalı vəziyyətdə olan məktəblərin siyahısından fərqləndirilir. İlk olaraq həmin məktəblər təmir edilir. Yerdə qalan məktəblərinsə o qədər də qəzalı vəziyyətdə olduğunu düşünmürəm. Düzdür, onların arasında da yüksək qəza ehtimalı olanları var”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev qəzalı məktəblərin sayını açıqlayıb. Nazir hazırda qəzalı məktəblərin sayının 400 olduğunu vurğualyıb.

Son xəbərlər