Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO

13.05.2024 17:43 1 005
Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO
Qobustan rayonunun Ərəbşalbaş kənd Sərvər Zahidov adına tam orta məktəbi baxımsız və qəzalı vəziyyətdədir.

Məktəbin qəzalı vəziyyətdə olduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Təhsil ocağının sinif otaqlarında video çəkən kənd sakinləri məktəbin şəraitsizliyindən gileyləniblər. Onlar bildiriblər ki, övladlarını qəzalı vəziyyətdə olan bu məktəbə göndərməyə qorxurlar. Valideynlər qeyd ediblər ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq, məsələyə baxılmayıb.

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna belə cavab verilib: “Bildiririk ki, Qobustan rayon Ərəbşalbaş kənd tam orta məktəbinin binası 3 korpusdan ibarətdir. Məktəbdə 378 nəfər şagird təhsil alır. Məktəbin binası qəzalı vəziyyətdədir. Binaya tərəfimizdən baxış keçirilib. Yaxın günlərdə məktəb binasının təmir edilməsi və ya yeni binanın tikintisi haqqında qərar veriləcək”.скачать dle 11.3

Son xəbərlər