Лондон
C

Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satış məqsədilə narkotik vasitələr əldə edən Rəşadət Əzizov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şəxsdən ümumilikdə 4 kiloqram metamfetamin, heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев