Mojo.az Banner
13:48 Rusiyada qrip epidemiyasından sonra internatın doqquz sakini öldü  |     13:36 Bakıdan Sumqayıta 50 manatlıq taksi: Müştəri və sürücü niyə narazıdır? - FOTO  |     13:31 İmişlidə direktor şagirdi döyüb? - Araşdırmalar BAŞLANDI  |     13:28 "WhatsApp"da YENİLİK - Ödənişli abunəliklər yaradılır  |     13:23 Bərdə sakini işlədiyi mağazada kimyəvi maddədən zəhərlənərək ölüb  |     13:15 Bu il evlərin qiyməti enə bilər? - Video  |     13:09 Bakıda istixanadan 50 min manatlıq oğurluq edib evakuatorla daşıdılar - Video  |     13:05 Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanıldı  |     12:57 Hökməli yolunda TƏHLÜKƏLİ ANLAR: Sürücülər yarışa çıxdılar (Video)  |     12:49 Gəncədə azyaşlı qıcolmadan öldü  |     12:45 Narkotik satan dəstənin işi Ali Məhkəmədə - Başçıları qadın, üzvlərdən biri dünya çempionu olub  |     12:41 Cinayət işlərində elektron məlumatlar sübut kimi tanınacaq  |     12:35 Qubada dəm qazı bir nəfərin həyatına son qoydu  |     12:30 Azərbaycan nefti bahalaşıb  |     12:23 Şirkət əməkdaşı yükdaşıma vədi ilə 46 minlik dələduzluq etdi, amnistiyaya düşdü  |     12:19 Bakıda kirayədə qalanlar dəm qazından zəhərləndilər - Ölən var  |     12:14 Qəza zamanı xəstənin ölümünə səbəb olan təcili tibbi yardım maşınının sürücüsü amnistiyaya düşdü  |     12:08 Qazaxıstandan Azərbaycana sənədlərini düzəltdirmək üçün gələn gənc faciəli şəkildə öldü  |     11:57 Şəhid atası Hüseyn Əzizoğlu vəfat edib  |     11:55 Əsgərlik dövründə əməkhaqqının ödənilməsi qaydası necədir? - Ekspertdən AÇIQLAMA  |    
Left Banner
Right Banner

General ekspertizadan imtina etdi - Həbsdə qaldı

11.01.2025 15:13 1 341
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 il 6 aylıq həbsə məhkum edilmiş generalı Elçin Quliyevin azadlığa çıxmaq məqsədilə məhkəməyə müxtəlif əsaslarla etdiyi müraciətlər davam edir.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkum generalın sonuncu müraciəti ilə bağlı ötən gün qərar açıqlanıb.

General Quliyev ərizəsində yazırdı ki, o, həbsdə ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən vaxtından əvvəl cəza çəkməkdən azad olunmaq istəyir.

Məlumat üçün deyək ki, ağır xəstəlikdən əziyyət çəkən məhkumlar həkim komissiyasının rəyi ilə vaxtından tez azadlığa buraxıla bilər.

6 ay əvvəl Xəzər Rayon Məhkəməsi məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin etmişdi. Maraqlıdır ki, Elçin Quliyev müayinə edilmək üçün cəzaçəkmə müəssisəsindən çıxmaqdan imtina edib. Bu barədə məhkəməyə məlumat daxil olub.

Belə olan halda hakim İlham Cəfərzadə yekun qərarını elan edib. Elçin Quliyevin müraciəti rədd edilib.

Generalın cəza müddətinin bitməsinə isə 1 il qalıb.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3