Mojo.az Banner
18:50 500 nəfər dondurlaraq həyata qayıtmağı gözləyir  |     18:45 Lerik rayonunda ev quşlarının kütləvi tələfatı qeydə alınıb  |     18:37 Xərçəng əlaməti ola biləcək 3 əsas SİMPTOM  |     18:31 Maaş və pensiya kartları ilə bağlı yenilik - Sentyabrdan etibarən...  |     18:22 Qaxda iki avtomobil toqquşdu - Ölən var  |     18:08 Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı  |     17:55 Abşeronda ağır qəza - İki futbolçu öldü (Video)  |     17:47 67 yaşlı qadın alverçisi Kurta HÖKM OXUNDU  |     17:26 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq  |     17:19 Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ  |     16:34 Bloqer Müjgan həbs edildi  |     16:18 Paşinyan: "Türkiyə ilə münasibətlərdə hansı formatı əsas götürəcəyimizi müəyyənləşdirməliyik"  |     15:23 Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ  |     15:22 Dənizdə batan 17 yaşlı oğlanın MEYİTİ TAPILDI  |     14:03 Azərbaycan xaricdə bu qurumlara borcludur  |     13:49 Bərdədə 36 yaşlı qadın yıxılaraq öldü  |     13:47 Çimərliklərə giriş niyə ödənişlidir?  |     13:28 İsraildən iddialı qərar: "F-35" qırıcısını üstələyən aparat istehsal edəcək  |     13:25 "Peşəsinə və istedadına xəyanət edənlərin maskası yırtılacaq" - Əli İsa Cabbarov  |     13:15 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO  |    
Left Banner
Right Banner

Qəza zamanı xəstənin ölümünə səbəb olan təcili tibbi yardım maşınının sürücüsü amnistiyaya düşdü

29.01.2026 12:14 237
Qəza zamanı xəstənin ölümünə səbəb olan təcili tibbi yardım maşınının sürücüsü amnistiyaya düşdü
Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Daşqın İsgəndərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Daşqın İsgəndərovun barəsində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il 19 dekabr tarixli Qərarının 2.2-ci bəndi tətbiq edilib. Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından azad olunub.

İttihama görə, Daşqın İsgəndərov Saatlı Rayon Mərkəzi Xəstəxanasında (RMX) sürücü işləyib.

Hadisə 2023-cü ildə Saatlı rayonu ərazisində qeydə alınıb.

Belə ki, o, Saatlı RMX-nin Təcili tibbi yardım şöbəsinə daxil olmuş çağırış əsasında briqadanın üzvləri - həkim zərərçəkmiş S.S. və feldşer Y.Y. ilə birlikdə xəstə, zərərçəkmiş L.L.-i xəstəxanaya təxliyə ediblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus "Fiat Doblo" avtomobilini idarə edən Daşqın rayonun Dədə Qorqud kəndi ərazisinin döngəli hissəsində yol-nəqliyyat hadisəsi törədib. Təqsirləndirilən şəxs avtomobili ona verilmiş yol vərəqəsi əsasında Dədə Qorqud kəndindən Saatlı şəhəri istiqamətində idarə edərkən "Yol hərəkəti haqqında" Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub.

Məhkəmə tərəfindən müəyyən edilib ki, məhkum yolun döngəli hissəsində avtomobilin hərəkət hissəsində dayanıqlı idarə olunmasını təmin etməyib və nəticədə qarşı istiqamətdə, öz hərəkət zolağı ilə hərəkətdə olan F.A.-nın idarə etdiyi "Hyundai Sonata" maşınının hərəkət zolağına çıxaraq toqquşmaya səbəb olub.

Hadisə nəticəsində avtomobildə olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, xəstə L.L. isə vəfat edib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə ona iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib. Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti veriblər. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin olunub, apellyasiya protesti isə təmin edilməyib. Qərara əsasən, Saatlı Rayon Məhkəməsinin hökmü dəyişdirilərək məhkumun cəzası 4 il 6 ay müddətinə endirilib. Onun üzərində 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb, hökmün qalan hissələri isə dəyişdirilmədən qüvvədə qalıb. Şirvan Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və məhkuma bəraət verilməsi barədə qərar qəbul olunmasını xahiş edib.скачать dle 11.3
Mojo.az Banner