Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

“İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı

22.09.2026 22:29 312
“İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı
Bakı metrosunda “28 May”dan “İçərişəhər” istiqamətinə yeni nəsil qatarların ardıcıl buraxılmamasının səbəbi açıqlanıb.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən istiqamətdə mövcud elektrik yarımstansiyalarının imkanları yeni nəsil qatarların yaratdığı enerji tələbatını tam ödəməyə imkan vermir.

Bəxtiyar Məmmədov bildirib ki, yeni nəsil qatarların hərəkət sisteminin enerji tələbatı 170 kVt, köhnə nəsil qatarlarda isə maksimum 114 kVt təşkil edir. İki dəqiqəlik hərəkət intervalı da nəzərə alındıqda enerji tələbatı əhəmiyyətli dərəcədə artır.

“Hazırda “28 May”dan “İçərişəhər” istiqamətində elektrik yarımstansiyaları köhnə nəsil olduğu və bu tələbatı ödəmədiyi üçün həmin istiqamətdə ardıcıl olaraq yeni nəsil qatarları buraxa bilmirik”, – deyə o qeyd edib.

Bəxtiyar Məmmədov əlavə edib ki, xətlərin ayrılması layihəsi çərçivəsində iki yeni dartı elektrik yarımstansiyasının tikilməsi, mövcud bir yarımstansiyanın isə yenidən qurulması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu işlər həyata keçirildikdən sonra “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayını artırmaq mümkün olacaq. İşlərin yaxın bir il ərzində həyata keçirilməsi gözlənilir.скачать dle 11.3
Mojo.az Banner