Mojo.az Banner
18:10 İsveçdə məktəbə silahlı hücum: Xəsarət alanlar var  |     18:00 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:39 UEFA və KONKAKAF birgə Millətlər Liqasının yaradılmasını müzakirə edir  |     17:30 Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır (FOTO)  |     17:12 Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib  |     16:55 Alimlər Günəşdə güclü partlayış qeydə alıblar - Maqnit fırtınası təhlükəsi  |     16:44 Kirayə evlərin qiyməti niyə ucuzlaşmır?  |     16:42 Seyran Hüseynova general-mayor rütbəsi verildi - FOTO  |     16:41 Qubada bağ sahəsi yanıb  |     16:27 Psixiatriya xəstəxanasında meyit tapıldı  |     16:14 Səhvən sirkə turşusu içdi, xəstəxanalıq oldu  |     15:57 Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO  |     15:56 Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi  |     15:45 Salyanda qəza, ölən var  |     15:29 Avropada təbii qaz bahalaşır: Qiymətlər 800 dollardan yuxarı qalxdı  |     15:28 Sumqayıtda istirahət mərkəzində QADIN ÖLDÜ  |     15:17 KMBİ maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi saxladı - Video  |     15:03 Samuxda qarayara ilə bağlı epidemioloji VƏZİYYƏT AÇIQLANDI  |     14:10 Sosial yardımların veriləcəyi tarix məlum oldu  |     14:02 Elektron sənəd qəbulunun müddəti uzadıldı  |    
Left Banner
Right Banner

Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI

21.08.2026 13:23 126
Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI
Artıq bir neçə gündür ki, səhər saatlarında ardıcıl olaraq köhnə tipli qatarların hərəkət etdiyi müşahidə olunur. Sərnişinlərin sözlərinə görə, yeni nəsil qatarlardan istifadə etmək üçün 4-5 köhnə tipli qatarın ötməsini gözləmə zərurəti yaranıb.

Oxu.Az məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində hər iki xətt üzrə ümumilikdə iki dartı tipli elektrik yarımstansiyasının inşası və daha birinin isə yenidən qurulması nəzərdə tutulub:

"Bu işlər başa çatdıqdan sonra "qırmızı" xətt üzrə yeni nəsil qatarların xəttə verilməsi intensivliyi artırılacaq".

Qurum qeyd edib ki, yeni nəsil qatarların müvafiq texniki parametrlərinə uyğun olaraq, xəttə verilməsi dartı tipli elektrik təchizatının mövcud texniki imkanları nəzərə alınmaqla həyata keçirilir.скачать dle 11.3
Mojo.az Banner