İnternetin qiyməti yenidən bahalaşdı, keyfiyyət isə dəyişmədi – AÇIQLAMA
Azərbaycanda sabit internet tarifləri ilə bağlı yeni dəyişiklik abonentlərin ödədiyi aylıq məbləğlərə təsir edəcək. Belə ki, qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tariflərinin vahid minimum 25 manatlıq tarifə keçirilməsi nəzərdə tutulur. Dəyişikliyin xüsusilə aşağı gəlirli ailələrin və internetdən əsasən sosial və təhsil məqsədləri üçün istifadə edən abonentlərin xərclərinə təsir göstərə biləcəyi bildirilir. Qiyməti 18 manat və daha aşağı olan internet tariflərinin minimum 25 manata qaldırılması abonentlərin seçim imkanlarını məhdudlaşdırmırmı və xüsusilə gəliri aşağı olan vətəndaşların internetdən istifadəsini çətinləşdirməyəcəkmi?
Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Median.Az-a bildirib ki, internetin, ümumiyyətlə, istənilən xidmətin qiymətinin artırılması vətəndaşların gəlirlərinə və büdcəsinə mənfi təsir göstərir:
“Nəzərə alsaq ki, internet artıq demək olar ki, hər ailənin, hər evin istifadə etdiyi xidmətdir və Azərbaycan əhalisinin 90 faizindən çoxu bundan yararlanır, qiymət artımının təsiri kifayət qədər geniş ola bilər. Azərbaycan əhalisinin böyük hissəsi aşağı gəlirlidir, bəzi vətəndaşlar isə ümumiyyətlə işsizdir. Bundan əlavə, internetdən şagirdlər, tələbələr və müxtəlif sosial təbəqələrin nümayəndələri istifadə edir. Bu baxımdan, qiymətin 18 manatdan 25 manata qaldırılması təxminən 30-35 faizlik artım deməkdir. Bunun müqabilində internetin sürətində və keyfiyyətində hər hansı ciddi artım olmayacaq. Əksinə, müəyyən hallarda geriləmə də baş verə bilər. Belə məsələlərdə ictimai rəyin nəzərə alınmadan qiymətlərin artırılması da qəbuledilməzdir. Bütün operatorlarda vahid minimum qiymətin, yəni 25 manatın müəyyən edilməsi məsələsi ilə İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məşğul olmalıdır. Əgər sabit qiymət müəyyənləşdirmək istəyirsinizsə, niyə minimum qiymət müəyyən edilir? Məsələn, internet üçün maksimum qiymət müəyyən edilə bilər və 30 və ya 50 manatdan yuxarı qiymət tətbiq olunmaya bilər. Minimum qiymətin müəyyən edilməsi isə sahibkarların qazancını qoruyur, istifadəçilərin maraqlarını deyil”.
O qeyd edib ki, qiymətlərin istənilən vaxt və əsaslandırılmadan artırılması insanların narazılığını artırır, məmnuniyyət səviyyəsini aşağı salır və onların gəlirlərinə, gündəlik yaşayış xərclərinə birbaşa təsir göstərir:
“Aylıq internet xərclərini kommunal ödənişlər qaz, su və işıq eləcə də digər gündəlik xərclərlə birlikdə nəzərə alsaq, orta statistik vətəndaşın aylıq xərclərinin nə qədər artdığını görmək mümkündür. Əgər qiymət artımı ilə yanaşı internetin sürətinin və keyfiyyətinin də artacağı əsaslandırılsaydı, bunu müəyyən qədər anlamaq olardı. Amma dünyada hazırda əsas müzakirələrdən biri insanlara, xüsusilə aztəminatlı ailələrə və tələbələrə internetin daha əlçatan, hətta müəyyən hallarda pulsuz təqdim olunmasıdır. Bizdə isə internet bir gəlir mənbəyinə çevrilib. Mən şəxsən bu qiymət artımının qəti əleyhinəyəm və bunu əsaslandırılmamış, keyfiyyət artımı ilə müşayiət olunmayan qiymət artımı hesab edirəm. Artıq qiymətlər yüksəldikdə keyfiyyətin və sürətin də artacağı ilə bağlı vədlərə insanlar əvvəlki kimi inanmırlar. Bu cür qiymət artımı sahibkarların istehlakçıların hesabına əlavə gəlir əldə etməsinə xidmət edir”.
Aysel