Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video

23.09.2026 12:06 186
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir.

Median.Az
APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddia edib.

A.Məhəmmədovanın sözlərinə görə, o, 2025-ci ilin martında "Medihall" klinikasında Məryəm Abbasova tərəfindən əməliyyat olunub:

"Əməliyyatdan sonra üzümdə ciddi problemlər yaranıb. Alt göz qapaqlarımın aşağı dartılması nəticəsində gözlərim açıq qalır və gözlərimdə sulanma olur. Bununla bağlı Məryəm Abbasovaya dəfələrlə şikayətimi bildirsəm də, o mənə əməliyyatın nəticəsini görmək üçün bir müddət də gözləməli olduğumu bildirib. Artıq bir il altı aya yaxındır ki, bununla bağlı şikayətlərimi bildirsəm də, hazırda məsuliyyətdən yayınır və heç bir tədbir görmür."

Şikayətçi əməliyyatı həyata keçirən estetik cərrah Məryəm Abbasovadan ödədiyi vəsaitin geri qaytarılmasını və başqa həkim tərəfindən yenidən əməliyyat olunmasına şərait yaradılmasını tələb edir.

İddialarla bağlı estetik cərrah Məryəm Abbasovanın hazırda çalışdığı bildirilən hospitala gedilsə də, mühafizəçilər onun orada çalışmadığını bildiriblər.

Daha sonra M.Abbasova ilə telefon əlaqəsi saxlanılıb. O, prokurorluğun qəbul etdiyi yekun qərarı təqdim edib. Qərarda bildirilir ki, Məryəm Rəhim qızı Abbasovanın əməlində cinayət tərkibi müəyyən edilməyib. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aysel Həsənova bildirib ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub.

Daha ətraflı videomaterialda:скачать dle 11.3
Mojo.az Banner