Mojo.az Banner
21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |     21:07 Buğda kəskin bahalaşdı: Çörəyin qiyməti qalxacaq?  |     21:00 Bu klub ev oyunlarını Xankəndidə keçirəcək  |     20:54 Azərbaycanda yeni iş yerləri yaradılır: Kimlər işlə təmin olunacaq?  |     20:47 Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır  |     20:42 Su polisi brakonyerlik edən şəxsi saxladı  |     20:34 Bakıda 31 kq narkotik aşkarlanıb - VİDEO  |     20:29 Bu məhsulların gömrük rüsumu artırıldı  |     20:23 Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb  |     20:15 166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO  |     20:10 Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı - Video  |     20:01 Bərdədə "Kalaşnikov" və patronlar aşkarlandı  |     19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:48 Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi AÇIQLANDI  |     19:43 Azərbaycanda nə qədər inflyasiya gözlənilir?  |     19:36 1 vəkil Kollegiyadan xaric edildi  |     19:31 "Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat  |     19:23 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər  |     19:17 Azərbaycanlı sahibkar Gürcüstanda faciəvi şəkildə öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Burun əməliyyatı həyatını qaraltdı: Paytaxt sakini həkimi məhkəməyə verdi - Video

27.01.2026 22:02 522
Burun əməliyyatı həyatını qaraltdı: Paytaxt sakini həkimi məhkəməyə verdi - Video
2 380 manat ödədiyi əməliyyatdan sonra burun nahiyəsində fəsadlar yarandığını iddia edən vətəndaş məhkəməyə müraciət edib.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Firuzə Əliyeva burun çəpərinin əyriliyi və rinoplastika əməliyyatından sonra səhhətində ciddi problemlər yarandığını iddia edir. Onun sözlərinə görə, əməliyyatdan sonra beynində travma yaranıb, görmə qabiliyyəti zəifləyib, nəfəs alması çətinləşib. Bundan əlavə, burun dəlikləri arasında yerləşən kanallarda iltihab prosesi başlayıb.

Firuzə Əliyeva bildirir ki, bir il əvvəl paytaxtdakı özəl klinikalardan birində lor-cərrah Babək Həsənli tərəfindən əməliyyat olunub. Lakin əməliyyat gözlənildiyi kimi fəsadsız keçməyib.

Onun iddiasına görə, əməliyyat üçün 2 380 manat ödəniş etsə də, sonradan yaranan fəsadların müalicəsi üçün əlavə olaraq 6 min manatdan çox vəsait xərcləməli olub. Bu səbəbdən də o, həkimə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət edib.

Məsələ ilə bağlı lor-cərrah Babək Həsənli ilə də əlaqə saxlanılıb. O, pasiyentin irəli sürdüyü iddialara münasibət bildirərək qeyd edib ki, Firuzə Əliyeva əməliyyatdan sonra tövsiyə olunan müalicə və reabilitasiya tədbirlərinə əməl etməyib.

Nəsimi Rayon Prokurorluğundan isə bildirilib ki, faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3
Mojo.az Banner