Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video

22.09.2026 22:18 414
Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video
Yeni tədris ilinin başlaması ilə paytaxt yollarında hərəkət intensivləşib. Eyni zamanda Bakının bir sıra küçələrində aparılan təmir, bərpa və qazıntı işləri nəqliyyatın hərəkətində əlavə çətinliklər yaradır.

Hazırda Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində də qazıntı işləri aparılır.

Ərazidə hərəkət zolağının böyük hissəsi qazıldığı üçün avtomobillər yolun dar hissəsindən keçməli olur. Bu isə xüsusilə, pik saatlarda sıxlığın yaranmasına səbəb olur.

Ərazidə qazıntı işləri ilə əlaqədar toz-torpaq da müşahidə olunur. Avtobus dayanacağı isə qazıntı sahəsinin daxilində qaldığından sərnişinlər avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar.

Qeyd edək ki, Ceyhun Hacıbəyli küçəsində aparılan işlərin hansı qurum tərəfindən həyata keçirildiyi barədə ərazidə məlumatlandırıcı lövhəyə rast gəlinməyib.

Son xəbərlər