Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

Bakının mərkəzində yol sürüşdü - 3 metrlik yarğan yarandı (VİDEO)

17.10.2018 13:33 3 281
Bakının mərkəzində yol sürüşdü - 3 metrlik yarğan yarandı (VİDEO)
Səməd Vurğun küçəsində yolun kənarında sürüşmə qeydə alınıb.

Tikinti aparılan binanın qarşısındakı yol aralanıb.

Hadisə ilə bağlı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlama verib.

AAYDA rəsmisi qeyd edib ki, sözügedən ərazidə pilot layihə çərçivəsində bina tikilir:

"Həmin binanın tikintisi aparılan ərazi hasarlanıb və qazıntı işləri aparılır. Qazıntı işləri aparılarkən heç bir təhlükəsizlik tədbirləri görülməyib. Nəticədə də yağış yağdıqdan sonra yolun bir hissəsində sürüşmə qeydə alınıb. 3 metr enində, 2,5 metr dərinliyində yol aralanıb və yolun kənarındakı bardürlər dağılıb.

Hazırda dəymiş ziyan araşdırılır. Tikinti şirkəti yoldakı dayanıqlığı yoxlamalı idi. Təhlükəsizlik tədbirləri görülmədən birbaşa qazıntı işləri aparılıb ki, bu da sonda yağışdan sonra yolun sürüşməsinə səbəb olub".

AAYDA rəsmisi qeyd edib ki, tikinti şirkəti tərəfindən yola dəyən ziyanın ödənilməsi istiqmətində addımlar atılacaq: "Şirkətin hesabında yolun təmiri təmin olunacaq".скачать dle 11.3
Mojo.az Banner