Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Bibiheybət yolunun istifadəyə veriləcəyi tarix açıqlandı

24.01.2020 14:32 2 576
Bibiheybət yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
Bibiheybət yolunun tam istifadəyə veriləcəyi tarix açıqlanıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, Bibiheybət yolunda aparılan tikinti-bərpa işləri mayın sonuna qədər yekunlaşıdırılacaq:

“Bu gün Bibiheybət yolunda bərpa işləri davam etdirilir. Görülən işlər Agentliklə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və xarici mütəxəssislərin iştirakı ilə hazırlanan layihə əsasında davam etdirilir.

Layihəyə görə, aparılan bərpa və tikinti işləri nəticəsində həmin yolun iki hərəkət zolağı yeni il ərəfəsində istifadəyə verildi. Digər iki hərəkət zolağının isə təmir işləri hələ davam edir.

Xatırladım ki, yamacın iki hissəsində soy əsaslı dəmir beton istinad divarları inşa ediləcək. Bu istiqamətdə yamacın aşağı hissəsində artıq işlər başlayıb. İstinad divarları üçün iki cərgə olmaqla bir metr diametrində svaylar vurulur.

Divarının inşaasına hazırlıq işləri artıq başlayıb. Yaxın zamanlarda yamacın orta hissəsində də təmir işləri aparılacaq. Daha sonra isə yolun tam bərpası mümkün olacaq. Bibiheybət yolunda görülən işlərin cari ilin may ayının sonuna qədər yekunlaşıdırlması nəzərdə tutulub”.скачать dle 11.3

Son xəbərlər