Mojo.az Banner
11:12 Qızıl və gümüş ucuzlaşdı  |     00:58 Novruz tonqalının partlaması nəticəsində xəsarət alan 11 nəfərin VƏZİYYƏTİ (Video)  |     22:06 Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş  |     21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |    
Left Banner
Right Banner

Bakıdan Sumqayıta 50 manatlıq taksi: Müştəri və sürücü niyə narazıdır? - FOTO

29.01.2026 13:36 306
Bakıdan Sumqayıta 50 manatlıq taksi: Müştəri və sürücü niyə narazıdır? - FOTO
Bakı-Sumqayıt şəhərləri arasında taksi qiymətlərində son bir neçə gündə artım müşahidə olunur.

Qaynarinfo-nun məlumatına görə, günün pik saatlarında birtərəfli gedişhaqqı bəzi hallarda 50 manatı ötür. Bu isə sərnişinlər arasında ciddi narazılığa səbəb olub.

Sərnişinlərin sözlərinə görə, əvvəllər məsafədən asılı olaraq 9-20 manat aralığında başa gələn bu yol indi ən yaxşı halda 18-30 manata yüksəlir. 

Taksi sürücüləri isə qiymət artımına səbəb kimi qanunda edilən dəyişikliyi əsas gətirərək, bildirirlər ki, yeni qaydalara əsasən, Bakı və ya Sumqayıtda qeydiyyatda olan taksilər getdikləri şəhərdə fəaliyyət göstərə bilmir. Yəni sürücü sərnişini digər şəhərə çatdırdıqdan sonra sifariş qəbul etmək imkanını itirir və sistemdən çıxarılır. Nəticədə sürücülər geri dönüşü boş etdiklərinə görə bu marşrut üzrə qiymətlər taksi şirkətləri tərəfindən artırılıb:

"Biz əraziyə çatdıqda, sistem avtomatik bağlanır, məcbur olaraq, ərazidə kənar çıxıb ya bir müddət gözləməliyik, ya da geriyə boş maşınla dönməliyik. Bu isə sürüclərə sərf etmir. Ona görə də bir çox halda sərnişin götürməkdən imtina edirik".

Nəqliyyat üzrə ekspertlər isə qeyd edir ki, Bakı, Sumqayıt və Xırdalan artıq inzibati baxımdan fərqli olsa da, faktiki olaraq vahid şəhər mühiti - Bakı aqlomerasiyası kimi fəaliyyət göstərir. Hər gün bu istiqamətlərdə on minlərlə insan fərqli məqsədlərlə hərəkət edir. Ona görə də bu yanaşma real şəhərsalmaya və gündəlik mobillik ehtiyaclarına uyğun deyil. Bütün bunların fonunda isə bu qərar qiymətlərə də təsiri qaçılmaz edəcək. Mövcud vəziyyət uzunmüddətli olarsa, bu, yalnız şəhərlərarası deyil, şəhərdaxili taksi qiymətlərinə də təsir göstərəcək. Onların proqnozlarına görə, yaxın bir neçə gün ərzində də şəhər daxili taksi qiymətlərində də 1-2 manatlıq artım müşahidə oluna bilər. Bu isə taksidən istifadə edənlərin sayının azalmasına və qeyri-rəsmi fəaliyyətin artmasına yol aça bilər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə (o cümlədən, müvafiq buraxılış kartı qaydalarına) əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında (icazədə) göstərilən xidmət ərazisi daxilində həyata keçirilməlidir. Həmin ərazi hüdudlarından kənarda daşımaların aparılması inzibati məsuliyyət yaradır. Yəni, taksi fəaliyyəti (buraxılış kartı) ilə bağlı icazə sənədində qeyd olunan ərazidən (məsələn, Bakı şəhəri və ya konkret region) kənara çıxmaq qadağandır.

Bu tələbin pozulması müvafiq cərimələrin tətbiqinə səbəb olur.

Bu dəyişikliyin məqsədi kimi  taksi fəaliyyətini nizamlamaq, şəhərlərarası və şəhərdaxili daşımaları sənədləşdirmək və təhlükəsizliyi təmin etmək nəzərdə tutulur.

скачать dle 11.3
Mojo.az Banner