Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda istixanadan 50 min manatlıq oğurluq edib evakuatorla daşıdılar - Video

29.01.2026 13:09 390
Bakıda istixanadan 50 min manatlıq oğurluq edib evakuatorla daşıdılar - Video
İstixanadan 50 min manatlıq oğurluq edib evakuatorla aparan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Paytaxtın Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək Maştağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50 000 manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığını bildirib.

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunmuş 55 yaşlı Mahir Həsənov və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərin bir müddət əvvəl fəaliyyətini dayandıran istixananı kənardan müşahidə etdikləri və gediş-gəliş olmadığını görüb talama cinayətini törətdikləri müəyyən edilib. Onlar hadisədən sonra əraziyə evakuator çağıraraq oğurladıqları avadanlıqların onlara məxsus olduğunu bildirib satmaq məqsədilə daşınmasını təşkil ediblər. T.Hacıyevin bir müddət əvvəl qohumunun evindən 4500 manat nağd pul oğurladığı məlum olub.

Bundan əlavə Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə də polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Hüseyn Quliyev də saxlanılıb. Araşdırma zamanı onun daha iki evdən məişət əşyaları və inşaat materialları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər