Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |     14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |     14:31 "Beşiktaş" Temmi Abrahamla danışıqlara başladı  |     14:25 Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"  |     14:11 Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycanda cinayət işi BAŞLANDI  |     14:08 Azər Zahid ev dustaqlığına buraxıldı  |     13:50 Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq  |     13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |     13:08 Culfa rayonunun bir kəndində qaz kəsiləcək  |     13:08 Lionel Messi "İnter Mayami"dən ayrılmaq istəyir  |     13:07 Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi - VİDEO  |     13:06 SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"  |     13:04 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |    

Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO

Paytaxtın Nizami rayonunda silsilə oğurluqlar qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, elektrikşəbəkə müəssisələrindən birinin nümayəndəsi polisə müraciət edərək ayrı-ayrı ünvanlarda binaların girişlərində quraşdırılmış enerji paylayıcı qutularından müxtəlif markalı elektrik avadanlıqlarının oğurlanması barədə şikayətini bildirib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə talama cinayətlərini törətmiş əvvəllər dəfələrlə məhkum olunan 63 yaşlı Qulam Qulyev saxlanılıb. Onun oğurladığı avadanlıqların bir hissəsi tapılaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı Q.Qulyevin Xətai və Sabunçu rayonlarında da binaların həyətlərində analoji hadisələr törətdiyi müəyyən edilib.

Saxlanılan şəxsin həmin əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Q.Qulyevin əməlləri nəticəsində paytaxt ərazisində onlarla bina işıqsız qalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            411 10.01.25 21:34