Türkiyə Kubokunda "Başakşehir"ə qarşı oyun zamanı zədələnən Qabriel Saranın vəziyyətinə aydınlıq gəlib.
Median.Az xəbər verir ki, futbolçunun sağ diz yan bağlarında orta dərəcədə gərginlik və qanaxma aşkar edilib. Oyunçunun müalicəsinə başlanılıb.
25 yaşlı yarımmüdafiyəçinin 2 həftə meydanlardan uzaq qalacağı gözlənilir. (Offsideplus.az)