Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA

10.01.2025 14:58 2 988
Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA
Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universiteti (SDU) ilə bağlı yayılan kütləvi ixtisarlarla bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq SDU-dan bildirilib.

Məlumata görə, bu günə qədər universitetdə bütün kadr dəyişiklikləri Əmək Məcəlləsinə uyğun şəkildə şəffaflıq prinsiplərinə əsaslanaraq aparılıb:

"İslahatların aparılmasında əsas məqsəd tədrisin və tələbələrə xidmətin keyfiyyətini artırmaq üçün yalnız müvafiq bilik və bacarıqlara sahib əməkdaşların işləməsini və vəzifədə irəli çəkilməsini təmin etməkdir".

Həmçinin bildirilib ki, son bir il ərzində ali təhsil müəssisəsində tədrisin təşkili, məzmunun yenilənməsi və idarəetmənin səmərəliləşdirilməsi ilə bağlı islahatlar aparılır.

"Eyni zamanda, islahatlar zamanı universitetin tələbəyönümlü mövqedə olması və tələbələrə yüksək keyfiyyətli xidmətin göstərilməsi əsas götürülür. Tələbələrlə keçirilən müxtəlif sorğuların nəticələri nəzərə alınaraq, idarəetmə və struktur müasir tələblərə uyğun yenilənir. Elmi Şuranın qərarı ilə funksional olaraq köhnəlmiş strukturlar ləğv olunaraq günümüzün reallıqlarına və tələblərinə uyğun struktur bölmələr, eləcə də islahatlar nəticəsində uzun müddət universitetdə işləyən gənc kadrlara geniş imkanlar yaradılıb", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər