Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı

Bakı şəhəri Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbin 3B sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs zamanı şagird və müəllimlərə qarşı qeyri-etik ifadələr işlədərək tədris prosesinin pozulmasına səbəb olub.

Median.Az
xəbər verir ki, bu barədə "Unikal"a valideynlər şikayət edib.

Bildiriblər ki, sözügedən 9 yaşlı şagird sinif yoldaşları olan qızlara qarşı qeyri-etik hərəkətlər edir, digər şagirdləri isə döyürdü. Şikayətlə bağlı həmin şagirdin valideynləri məktəbə çağırılsa da, heç bir tədbir görülmürdü.

Məsələ ilə bağlı 207 nömrəli məktəbdən cavab olaraq bildirilib ki, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır:

"Məktəbə 22.11.2024-cü il tarixindən özəl ümumi təhsil müəssisəsindən yerdəyişmə etmiş III sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədir, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda, digər şagirdlərə təzyiq edir.

Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur. Sinfin digər valideynləri şagirdin tədris prosesini ciddi şəkildə pozduğuna görə şikayətlənirlər. Onlar bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar. Şagirdlə məktəb rəhbərliyi və məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.

Məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Şagirdin davranışları ilə bağlı hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə məlumat verilib. Valideynə şagirdin xüsusi təhsilə cəlb olunması üçün 1 saylı psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət etməsi tövsiyə olunub. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            303 10.01.25 21:13