Şəhid anası yenidən məktəb direktoru oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:52 "Oskar"a namizədlər açıqlanıb - TAM SİYAHI  |     13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |     13:20 Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək  |     13:07 İstanbulda "Əl-Qaidə" əməliyyatı: İki əsas üzvü saxlanıldı  |     12:58 Azərbaycanda vəzifəli şəxs həbs edildi - Foto  |     12:53 Tiktoker “Roşka” yenidən həbs edildi  |     12:44 Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı  |     12:38 Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir  |     12:33 Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ  |     12:19 Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək  |     12:09 Bakıda məşhur klinikanın fəaliyyəti dayandırılacaq  |     11:59 Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı  |     11:56 AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili  |     11:42 Bakıda əməliyyat: qadın saxlanıldı  |     11:29 Azərbaycanda pensiya və müavinətlər nə vaxt veriləcək? - RƏSMİ CAVAB  |     11:25 Bu ərazilərdə yağış yağıb  |     11:18 Həbs olunan tiktokerlər azadlığa buraxıldılar  |     11:12 Nohur gölündə batan kişinin meyiti tapıldı  |     23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |    

Şəhid anası yenidən məktəb direktoru oldu

Masallı rayon Çaxırlı kənd tam orta məktəbinin direktor vəzifəsinin icrası şəhid anası Mehriban Sultanovaya tapşırılıb.

Median.Az
xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, hazırda Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini olan M.Sultanovaya 8 yanvardan etibarən Çaxırlı kənd tam orta ümumtəhsil məktəbinin direktor vəzifələrinin icrası həvalə olunub.

Məlumat üçün bildirək ki, M.Sultanova 2023-cü ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.

Qeyd edək ki, Mehriban Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. N.Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            333 11.01.25 14:56