Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Abbas Bağırov köməkçisini bağışladı

19.02.2019 15:35 4 665
Abbas Bağırov köməkçisini bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Maman Nadirova ifadə verib.

Hazırda həbsdə olduğunu bildirən M.Nadirova deyib ki, 2016-ci ildə O.Mehrəliyevi Eyyub adlı şəxs vasitəsilə tanıyıb:

“Barəmdə insan alverinə görə cinayət işi başlanmışdı. Eyyub söylədi ki, Orxan adlı şəxs bu işi həll edə bilər. Sonra biz görüşdük, Xətai ilə müqavilə bağladıq. Orxan mənə həmişə telefonda görüntülü yığırdı. O, məndən 2000 manat pul istədi. Bildirdi ki, Daxili Qoşunlarda tanışı var, bu işi həll edəcək. Sonra 1500 manat da pul verdim. Lakin işimi həll etmədi.

Hər zəng edəndə işi uzadırdı. Orxanın qardaşı Rövşən mənə telefonda hədə-qorxu gəlirdi, təhqir edirdi. Bu barədə Xətaiyə də bildirdim. Rövşən kiminsə vasitəsilə məni həbsə saldıracağını deyirdi”.

M.Nadirova qeyd edib ki, məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri M.Nadirova ilə digər zərərçəkmiş Xətai Yusubova suallar verib. Bu zaman vəkillərlə X.Yusubov arasında mübahisə düşüb. X.Yusubov məhkəməyə etiraz edərək zalı tərk edib.

M.Nadirovanın sözlərinə görə, təqsirləndirilən O.Mehrəliyev onu təhqir edərək “mamaroza” deyib:

“Mənim “mamaroza” olduğumu harada görmüsən? “Mamaroza” sənin nəslindir”.

Daha sonra o, təqsirləndirilən şəxslərin vəkillərini də təhqir edib.

Məhkəmə M.Nadirovaya xəbərdarlıq edib.

Prosesdə digər zərərçəkmiş Emil Qurbanov da dindirilib. O söyləyib ki, O.Mehrəliyev müğənni, əməkdar artist Abbas Bağırova məxsus olan qarajı ona 10 min manata satıb:

“Sənədlər Orxanın adına idi. Aramızda alqı-satqı olmadı. Pulu da elə Orxana verdim. Sonra Abbasla danışdım. Məlum oldu ki, qaraj Abbasa məxsusdur. Pulumu geri ala bilmədim, yenə də şikayətçi deyiləm”.

O.Mehrəliyev deyib ki, həmin qaraj onun özünə məxsusdur:

“Emil mənə pul verməyib”.

Hakim bildirib ki, A.Bağırovun məhkəməyə ərizəsi daxil olub. Müğənni ona dəymiş zərərin ödənildiyini, O.Mehrəliyevdən şikayətçi olmadığını deyib. A.Bağırov məhkəmədən xahiş edib ki, özünün iştirakı olmadan məhkəmə davam etdirilsin.

Məhkəmənin növbəti iclası martın 5-də davam etdiriləcək.

İttihama görə, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

Həmçinin, o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.

Bundan başqa o, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, Maman Nadirovadan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.
//oxu.az

Son xəbərlər