Mojo.az Banner
19:32 Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO  |     19:21 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq  |     19:15 İran İsrail HHQ-nin "Təl-Nof" bazasına zərbələr endirib  |     19:07 KİV: Zidan Fransa yığmasına başçılıq etmək üçün şifahi razılıq əldə edib  |     19:00 "Kiyev təslim olsun, müharibə bitsin" - Zaxarova  |     18:50 Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq  |     18:38 Osimhen futbol klubu alır  |     18:32 "Tamaşaçılar bizim zövqümüzü korlayır"  |     18:28 Yer tarazlığını itirib: Alimlər təhlükəli xəbərdarlıq etdi  |     18:26 Bu şəxslər İranla danışıqlar aparıblar  |     18:13 İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı  |     17:58 İtkin düşən 5 nəfər tapıldı  |     17:49 Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?  |     17:39 "OnlyFans"ın sahibi 43 yaşında öldü  |     17:11 Azərbaycan ərazisindən keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək  |     16:59 Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi  |     16:42 Azərbaycan klubu səfərə getməyə pul tapmır  |     16:37 Seyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər - FOTO  |     16:30 Müctəba Xameneiyə nə olub? - Ali liderin səssizliyi ətrafında söz-söhbətlər böyüyür  |     16:19 Kim Çen In Rusiyaya gedəcək  |    
Left Banner
Right Banner

Bakıda fahişəxanada əməliyyat - YATAQDA TUTULDULAR

05.04.2019 13:23 3 399
Bakıda fahişəxanada əməliyyat - YATAQDA TUTULDULAR
Bakıda qadınları gəlir məqsədilə fahişəliyə cəlb etməkdə və əxlaqsızlıq yuvası təşkil eləməkdə ittiham olunan Maman Nadirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
“teleqraf.com”a istinadən xəbər verir ki, Maman Nadirova Nəsimi rayonunda paytaxt sakini Sevda Vəliyevanın (ad və soyadlar şərtidir – red.) mənzilini kirayə götürüb və orda əxlaqsızlıq yuvası təşkil edib.

23 dekabr 2016-cı il tarixdə Samir Məmmədovun Samirə Əliyeva ilə görüşünə həmin mənzildə şərait yaradıb.

Bunun müqabilində Maman Nadirova Samir Məmmədovdan qadınla mənzildə bir saat görüşməsi üçün 20 manat alıb.

Daha sonra Maman Nadirova yüngül həyat tərzi keçirən Nərmin Səlimovanı İsa Vəliyevlə görüşünə şərait yaradıb. O, İsa Vəliyevdən 50 manat alıb və həmin mənzildə Nərminlə görüşməsinə şərait yaradıb.

Maman Nadirova İsa Vəliyevdən aldığı 50 manatın 25 manatını özünə götürüb, 25 manatını isə qadına verib.

Bundan sonra Nərmin Səlimova həmin mənzildə İsa Vəliyevlə intim əlaqəyə girib.

Bu zaman Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında həmin mənzilə gəliblər.

Keçirilən əməliyyat nəticəsində mənzilin yataq otağında İsa Vəliyev Nərminlə yaxalanıb.

Maman Nadirova həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Maman Nadirova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Nəsimi rayonunda kirayə götürdüyü evdə ailəsi ilə birlikdə yaşayıb, orada əxlaqsızlıq yuvası təşkil etməyib.

Qeyd edib ki, Samir Məmmədovu qadınla intim əlaqə üçün həmin mənzildə görüşdürməyib, gəlir əldə etmək məqsədilə ondan pul almayıb.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Maman Nadirova 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Maman Nadirova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rəşad Abdulovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Maman Nadirovanın şikayəti təmin olunmayıb.


скачать dle 11.3
Mojo.az Banner