Mojo.az Banner
21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Həmyerlisini bıçaqlayan Siyəzən sakini 4 il müddətinə cəzalandırılıb

06.11.2018 13:56 3 582
Həmyerlisini bıçaqlayan Siyəzən sakini 4 il müddətinə cəzalandırılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən şəhər sakini Orxan Hasilovun (1991-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, Siyəzən şəhərində Orxan Hasilov eyni qəsəbədə yaşadığı İbadi Poladovu bıçaqlayıb. Buna səbəb sonuncunun Orxanın dostunun anasının nömrəsini istəməsi, ona qarşı əxlaqsız hərəkət etmək niyyətində olması olub.

Belə ki, İbadi Poladov qəsəbədə yaşayan Rüfət adlı şəxsdən Orxanın dostunun anasının nömrəsini istəyib. Bu zaman Rüfətlə İbadi mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və İbadi Rüfəti döyüb.

Bundan xəbər tutan Orxan məsələni özü həll etməyi qərarlaşdırıb. Rüfət İbadiyə zəng edərək görüşə çağırıb. İbadi ilə görüşə Orxan sinif yoldaşları Rüfət və Elşadla gedib. Orxan İbadidən etdiyi hərəkətin səbəbini soruşub. İbadi isə ona hesabat verməyəcəyini deyib. Dava zamanı Orxan üzərindəki bıçaqla İbadinin ayağına 2 zərbə endirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner