Flora Kərimova Afətdən sonra Ülviyyəni də məhkəmədə uddu » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:55 1074-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |     18:36 Qubada zəlzələ oldu  |     18:28 Qəbələdə yük avtomobili yanıb  |     18:07 Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub  |     18:03 Su polisi əməliyyat keçirdi: saxlanılan var  |     18:02 Paytaxtda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb  |     17:57 30 ildir Azərbaycanda olan məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı  |     17:56 Dünyanın ən zəngin 10 insanı - "Forbes"  |     17:55 Əhalinin banklara nə qədər kredit borcu var? - Rəqəmlər  |     17:52 İsrail 180-dən çox fələstinli məhbusu azad edib  |     17:51 Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb  |     17:50 Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir  |     17:49 Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     17:40 MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR  |     17:39 Ənvər Həsənov Reabilitasiya Mərkəzinə köçürülüb  |     17:37 Rusiya Donetskdə Krımskoye yaşayış məntəqəsini nəzarətə götürdü  |     17:35 Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər  |     17:34 Kaliforniyada meşə yanğınları 25 gündən sonra nəzarət altına alındı  |     17:32 Bakıda 5 dərəcə şaxta gözlənilir: Fevral ayına olan HAVA PROQNOZU  |     17:31 "Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır  |    

Flora Kərimova Afətdən sonra Ülviyyəni də məhkəmədə uddu

Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.

Bu barədə müğənni özü məlumat yayıb.

"Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun "Floranı udmuşam" qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikçisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var".

Xatırladaq ki, F.Kərimovanın şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlanılmışdı.

Ü.Alovlu bir müddət əvvəl "Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu" paylaşımını etmişdi.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova bir müddət əvvəl müğənni Afət Fərmanqızıya da məhkəmədə qalib gəlmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            438 05.06.24 17:15