Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Məşhur həkim çörəklə bağlı qorxunc faktlar açdı

23.08.2021 23:52 2 541
Məşhur həkim çörəklə bağlı qorxunc faktlar açdı
Tibb elmləri namizədi, təbiətşünaslıq üzrə fəlsəfə doktoru Viktor Xruşçev çörəyin zərərləri barədə şok faktları açıqlayıb.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, rusiyalı həkim çörəyin tərkibindəki mayanın qana keçərək çoxalmağa başladığını və beləliklə də orqanizmdəki vitaminlər, mikroelementlər, zülalları tükəndirdiyini deyib. Maya bədəndə yaşayan parazitlərin inkişafına şərait yaradır. Bu səbəbdən də həkim müasir çörəyi bəşəriyyətin ən dəhşətli kəşflərindən biri hesab edir.

Bişirmə zamanı müasir maya özü gluten kapsuluna daxil edilir. Bağırsaqda bu kapsulalar selikli qişanı zədələyir və nəticədə normal bağırsaq mikroflorasını pozur. Bundan başqa, onlar yalnız bağırsaqda deyil, qan plazmasında da yaşaya bilir və sərbəst olaraq çoxalırlar. Bu, bir çox müxtəlif növ zəhərlənmə, göbələk xəstəlikləri və immunitetin zəifləməsinə gətirib çıxara bilər ki, bu da ilə xroniki xəstəliklər və neoplastik proseslərlə nəticələnə bilər.

"Maya hüceyrələri qida rasionundan müasir çörəyi çıxardıqdan 5 il sonra orqanizmdən yox ola bilir. 20-ci əsrin 40-cı illərinə qədər tamamilə fərqli maya növü istifadə edilirdi. Bu mayalar insan simbiotik mikroflorasının antaqonistləri sayılmırdı. Yəni, bağırsaqda yaşayan faydalı bakteriyaları öldürmürdülər. Lakin xəmir 24 saat ərzində acıyırdı, bu isə çörəkçiləri qane etmirdi.

İstehsal prosesini intensivləşdirmək üçün tamam başqa cür maya istifadə etməyə başladılar. Hansı ki, rəsmən patogen mikroorqanizmlər sayılır (və bu gizli informasiya deyil), müəyyən şəraitdə xəstəlik doğurur və indi onlara "maya" deyilir. Xəmir təxminən bir saat ərzində bu cür mayalar sayısində özünə gəlir.

Bu gün çörəklərə qatılan termofilik maya insan simbiotik mikroflorasının antaqonistləri sayılır. Bu, o deməkdir ki, mayalar yoğun bağırsaqlarda insan orqanının tam fəaliyyət göstərməsi və sağlamlıq üçün lazım olan yaxşı mikrobları, faydalı bioloji aktiv maddələr və digər faydalı elementləri öldürür.скачать dle 11.3
Mojo.az Banner