Mojo.az — elanlar
Son Xəbərlər
13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

03.09.2026 20:35 378
Azərbaycanda bu şəxslərin də maaşı arta bilər
"Səhiyyə sisteminin dayanıqlığı və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti birbaşa kadrların peşəkarlığından, məsuliyyətindən, motivasiyasından və işgüzarlığından asılıdır. Bu mənada əməkhaqqının artırılması təkcə işçilərin sosial müdafiəsi və əmək hüquqları baxımından deyil, həm də Azərbaycanda əhalinin sağlamlığının qorunması baxımından əhəmiyyətlidir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib. O bildirib ki, əməkhaqlarının artırılması TƏBİB sistemində aparılan islahatların tərkib hissəsidir, digər islahatlar da aparılmalıdır və aparılacaqdır.

"Heç şübhəsiz ki, tibbi xidmətin keyfiyyətinin artırılması təkcə əməkhaqqının artırılmasından asılı deyil. Söhbət əməkhaqqının həm də diferensial qaydada artırılmasından ibarətdir və burada təxminən 4 istiqamət nəzərə alınmalıdır. Həkimin və yaxud orta tibb işçisinin sabit əməkhaqqı. Bu, ümumi əməkhaqqının təxminən 60-65%-ni təşkil etməlidir. Bu, işçinin təminatına dövlət zəmanətidir. Digər 35-40%-lik hissə isə işçinin qəbul etdiyi xəstələrin sayı, tibbi xidmətin keyfiyyəti, tibbi xidmətin nəticəsi, xəstə məmunluğu və həkimin (və ya orta tibb işçisinin) peşə hazırlığı, öz biliyini, savadını artırmaq istiqamətindəki fəaliyyətinin qiymətləndirilməsi nəticəsində verilə bilər. Əməkhaqqının artırılması sadəcə bir rəqəm dəyişikliyi deyil, bu, islahatların tərkib hissəsidir və əsas məqsəd burada tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək amillərin artması, motivasiyanın güclənməsi və iş yerlərində, eyni zamanda, əmək intizamının möhkəmlənməsinə xidmət edəcəkdir. İş yerində müvafiq əmək şəraitinin yaradılması tibbi xidmətin yüksəlməsinə müsbət təsir göstərəcək. Tutaq ki, həkimin, tibb işçisinin əməkhaqqı yuxarıdır, amma onun lazımi iş şəraiti yoxdur, daim orada stres şəraiti var, gərginlik var, normal psixoloji-işgüzar mühit yoxdur və yaxud ki, lazımi müasir avadanlıqlar yoxdur, xəstələri qəbul etmək və yaxud müayinələr aparmaq üçün uzun növbələr var. Bu da tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərir. Yəqin ki, islahatlar dövründə bu problemlər də TƏBİB-in nəzərindədir və bunlar da aradan qalxacaqdır.

Bütövlükdə, bu islahatlar yəqin ki, davamlı olacaq və gələcəkdə eyni şəkildə maaş artımlarını biz həm də dövlət sektorunda, yəni, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, səhiyyədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində və digər sahələrdə çalışan tibb işçilərinin əməkhaqqılarında görəcəyik. TƏBİB sahəsində çalışan işçilərin əməkhaqqının artması şübhəsiz ki, özəl tibb sektorunda da əməkhaqqı siyasətinə daha aktual baxılmasına öz müsbət təsirini göstərəcək".

Son xəbərlər