Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)

03.09.2026 21:06 186
Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən 79 ərzaq bazarından 13-də sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş, 42-də qeyri-qənaətbəxş, 24-də isə qismən qənaətbəxş olduğu müəyyən edilib.

Bu barədə AQTA-dan məlumat verilib.

Aşkar edilən nöqsanlar əsasən müxtəlif məhsul növlərinin satışı üçün müvafiq şəraitin yaradılmaması və bazarlarda kifayət sayda piştaxta, rəf və digər zəruri avadanlıqlarla təchiz olunan zonaların ayrılmaması ilə bağlıdır. Eyni zamanda, süd və süd məhsulları, ət və ət məhsulları, habelə digər tez xarab olan riskli məhsulların saxlanılması üçün lazımi sayda soyuducu və dondurucu avadanlıqların mövcud olmaması, qida ilə təmasda olan səthlərin, xüsusilə piştaxtaların asan təmizlənən və korroziyaya davamlı materialdan hazırlanmaması kimi nöqsanlar müəyyən edilib.

Nəzarət tədbirləri zamanı həmçinin qida məhsullarının satışı ilə məşğul olan şəxslərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi, şəxsi gigiyena qaydalarına riayət etmədiyi və sanitar geyimlə təmin olunmadığı, habelə heyvan mənşəli məhsulların müvafiq müşayiətedici sənədlərinin və məhsulların izlənilməsini təmin edən etiket məlumatlarının olmadığı aşkarlanıb.

Nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə bazar rəhbərlərinə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, nöqsanlar mövcud olan ərzaq bazarlarının fəaliyyətinin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması, mövcud uyğunsuzluqların aradan qaldırılması və potensial risklərin qarşısının alınması məqsədilə zəruri sağlamlaşdırma və təkmilləşdirmə tədbirlərinin görülməsi vacibdir. Agentlik tərəfindən bu istiqamətdə bazar subyektlərinə müvafiq metodiki dəstəyin göstərilməsi davam etdiriləcək.

Növbəti mərhələdə həyata keçiriləcək nəzarət tədbirləri zamanı qida təhlükəsizliyi tələblərinə cavab verməyən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradan, habelə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməyən bazar subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcəkdir.скачать dle 11.3
Mojo.az Banner