Mojo.az — elanlar
Son Xəbərlər
21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı

03.09.2026 20:53 273
"Azərbaycanda 500 minə yaxın sənədsiz ev-mənzil varsa, rəsmiləşdirilmə baş versə, bazara potensial olaraq 500 min ev-mənzil daxil olacaq".

Bunu REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, həyət evlərinin rəsmiləşdirilməsi həmin məhəllələrdə bina tikintisini sürətləndirə bilər:

"Məsələn, 10-15 sənədli evi alan iş adamı, onların yerində 12-14 mərtəbəli, 3 bloklu bina tiksə, bazara əlavə 70-90 arası mənzil çıxacaq. Əgər 2000 belə layihə olsa, bu, hardasa, 150 000 mənzil deməkdir ki, təklifin kəskin artması, qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Çıxarış alan vətəndaş öz evində kiçik biznes aça, rəsmiləşdirə, kredit ala, işini böyüdə bilər (məsələn, kiçik təmir, şirniyyat sexi, kafe, və s.). Ölkədə 500 min evin rəsmiləşdirilməsi üçün 1000 manat rəsmi rüsum təyin edilsə, bu büdcəyə əlavə 500 milyon manat vəsait gətirəcək. 500 min ev-mənzildə qeydiyyat problemi həll olunacaq, seçkidə, siyasi-ictimai iştirakçılıq təmin ediləcək".//unikal.az

Son xəbərlər