Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

30.04.2024 21:17 1 230
Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA
Bakıda sənədsiz evlərin ucuzlaşması barədə yayılan məlumatlar inandırıcı deyil.

Median.Az
bildirir ki, bu barədə Trend-ə "MBA Consulting Group" şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, sənədsiz evlərin ucuzlaşması ilə bağlı məlumat yayanların bəlkə də hanısa məqsədləri var.

"Nəyə görə inandırıcı deyil? Sənədsiz evləri kimlər tikir? Vətəndaşlar tikir və öz yaşayışları üçün tikirlər. Sənədli ev almaq üçün vətəndaşların imkanı çatmır və gedir sənədsiz torpaq alır, üzərində sənədsiz ev tikərək yaşayır. O evi də satanda ən azı çəkdiyi xərci üzərinə qoyub satır. Sənədsiz evlərin satılması da qanuni baxımdan mümkün deyil. Yəni bu evin çıxarışı yoxdur, təsdiqedici sənədi yoxdur. Necə sata bilər onu? Onun satılması da qanunsuzdur", - deyə o, əlavə edib.

N.İbrahimov bildirib ki, ümumilikdə mənzil bazarında durğunluq müşahidə olunur.

"Hazırda havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında, həyət evlərinin satışında aktvliyin artması hiss edilmir. Mənzil bazarına axın yoxdur. Ümumiyyətlə notariuslarda qaydalar sərtləşdiriləndən sonra, yəni, 20 min manatdan artıq ödəniş olduqda pulun mənbəyi haqda məlumat təqdim etmək tələb edildikdən sonra, bazarda aktivlik aşağı düşdü. Bazarda hələ ki, durğunluq var, artım-azalma müşahidə olunmur", - deyə o, vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner