Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Astarı üzündən baha başa gələn evlər - Sənədsiz ev problemi niyə həllini tapmır?

27.07.2021 17:01 837
Astarı üzündən baha başa gələn evlər - Sənədsiz ev problemi niyə həllini tapmır?
Uzun illərdir sənədsiz evlərin qeydiyyata alınması məsələsi gündəmdə olsa da, proses ölü nöqtədən hələ də tərpənməyib.

"Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli Sfera.az-a bunun səbəblərindən danışıb.

O bildirib ki, məmurlar sənədsiz mənzillərin dövlət layihəsi əsasında təmənnasız olaraq sənədləşdirilməsində maraqlı deyil:

"Ölkədə bəlkə də 1 milyona yaxın qeyri-qanuni tikili var. Bazarda da sənədsiz evlərə maraq zəifdir. Həmin evlərin sahibləri sənədləşmə zamanı qeydiyyat üçün külli miqdarda qeyri-qanuni vəsait xərcləyir. Hər qurumun bu məsələdə öz payı var. Bu istiqamətdə insanlar bir mənzilin tikintisinə xərclədiyi pulun yarısı qədər, aşağısı 10-15 min manata kimi pul xərcləməli olurlar.

Ona görə də dövlət məmurları sənədsiz mənzillərin dövlət layihəsi əsasında təmənnasız olaraq sənədləşdirilməsində maraqlı deyil. Çünki sənədsiz mənzil kütləsinə həmin məmurlar "sağılan inək” kimi yanaşırlar”.

Ekspert qeyd etdi ki, bu özbaşınalıq nəticəsində dövlət və vətəndaş itirir, məmurlar isə qazanır:

"Belə özbaşınalıqdan vətəndaş və dövlət uduzur. Vətəndaş mənzilini girov qoya, sata, ora qeydiyyata düşə bilmir. Dövlət onların ödəməli olduğu əmlak vergisindən məhrum olur. Məmurlar isə prosesdən şəxsi qazanc əldə edir. Ona görə də sənədsiz evlərin sənədləşməsi prosesinin irəliləməsinə əngəl olurlar”.скачать dle 11.3
Mojo.az Banner