Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

“Evlərin qiyməti 15 min manat qalxacaq” - RƏSMİ

15.03.2021 18:52 804
“Evlərin qiyməti 15 min manat qalxacaq” - RƏSMİ
"Əmlak Məsələləri Dövlət Xidməti bir il ərzində sənədsiz evlərin sənədləşdirilməsi prosesini yekunlaşdıra bilər".

Bunu ARB24-ün "İş vaxtı” verilişinə müsahibəsində əmlak eksperti Ramil Osmanlı deyib.

O bildirib ki, Əmlak məsələləri üzrə Dövlət Komitəsinin strukturunda baş verən dəyişikliklər bu prosesin uzadılması səbəblərindən biridir:

"Lakin konsepsiyanın qəbulundan sonra prosesin icrasının gecikməsi səbəbləri aydın deyil. Komitə tərəfindən o zaman Bakı və Abşeronda 165 mindən, respublikanın ayrı-ayrı ərazilərində 70 mindən artıq fərdi ev inventarlaşdırılmışdı. Bu, mövcud rəqəmlərin heç yarısı deyil”.

Ramil Osmanlı sözügedən evlərin sənədləşdirilmə prosesindən sonra qiymətinin 20 faiz artacağını bildirib:

"Hazırda sənədli və sənədsiz torpaqların qiymətində 2-3 qat fərq var. Bir neçə sot torpaq sahəsi evin tikintisindən sonra kifayət qədər böyük qiymət fərqinə yol açır. Sənədləşmə prosesinin icrasından sonra bu evlərin ümumi dəyərində 20 faizə qədər qiymət fərqi yaranacaq. Yəni həmin evlər bu gün 50 min manata satılırsa, sənədləşmədən sonra onlar 60-65 min manata satılacaq.

Prosesin ən vacib tərəfi isə odur ki, sənədləşmədən sonra bu evlərdən dövlət büdcəsinə daxilolmalar artacaq. Hesablamalara görə, il ərzində Azərbaycan sənədsiz evlərə görə 50 milyon manatdan artıq vəsait itirir”.скачать dle 11.3
Mojo.az Banner